OpenAI qabaqcıl süni intellekt modellərinin həll etdiyi 377 riyazi məsələnin nəticələrini dərc edib

OpenAI qabaqcıl süni intellekt modellərinin həll etdiyi 377 riyazi məsələnin nəticələrini dərc edib

14:32
Bəyəndim (0) Bəyənmədim (0)

OpenAI şirkəti qabaqcıl süni intellekt modellərinin həll etdiyi 377 riyazi məsələnin nəticələrini dərc edib. Oxuməni.az xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.

Həllər şirkətin hələlik rəsmi olaraq ictimaiyyətə təqdim etmədiyi bir model vasitəsilə əldə olunub. Şirkətdən bildirilib ki, məsələlərin hər birinin həllinin tapılması orta hesabla üç saata yaxın vaxt aparıb.

Məsələlər riyaziyyatın müxtəlif sahələrinə, o cümlədən cəbr, ədədlər nəzəriyyəsi, nəzəri informatika, riyazi məntiq və topologiyaya aid olub.

Sentyabrın əvvəlində OpenAI modellərinin yeddi «minilliyin məsələsi»ndən birini — Navye-Stoks tənliklərinin həllərinin mövcudluğu və hamarlığı problemini həll etdiyini açıqlamışdı. Riyaziyyatçılar 90 ildən artıqdır ki, bu məsələnin həllini axtarırdılar. OpenAI-nin bildirdiyinə görə, süni intellekt agentlərinə isə bunun üçün cəmi 88 saat lazım olub.

Almaz Həsənli