Türkiyədə bir neçə ildir axtarışda olan iki Özbəkistan vətəndaşı saxlanılıb
İstanbulda beynəlxalq axtarışda olan iki Özbəkistan vətəndaşı saxlanılıb. Biri 2017-ci ildən soyğunçuluq, digəri isə dələduzluq ittihamı ilə axtarışda olub. Saxlanılanlar Özbəkistan hüquq-mühafizə orqanlarına təhvil verilib.
Oxuməni.az xəbər verir ki, bu barədə Özbəkistanın İstanbuldakı Baş Konsulluğundan bildiriblər. Məlumata görə, bir neçə ildir beynəlxalq axtarışda olan iki Özbəkistan vətəndaşı Türkiyə hakimiyyətinin köməyi ilə İstanbulda saxlanılıb.
Saxlanılanlardan biri, F.F.N., 2017-ci ildən Özbəkistan Cinayət Məcəlləsinin 164-cü maddəsinin 3-cü hissəsi (Soyğunçuluq) ilə cinayət törətmək ittihamı ilə axtarışda olub.
İkinci saxlanılan şəxs, A.M.A., Özbəkistan Cinayət Məcəlləsinin 168-ci maddəsinin 3-cü hissəsi (Dələduzluq) ilə axtarışda olub.
Saxlanılanlar Özbəkistan hüquq-mühafizə orqanlarına təhvil verilib.
Əziz Mustafa














.jpg)




















.jpg)




.jpg)

.jpg)














.jpg)






.jpg)



















