Ən qədim avtosalon 120 illik fəaliyyətindən sonra bağlandı
Ən qədim avtosalonlardan biri 120 illik fəaliyyətindən sonra qapılarını bağlayıb. Söhbət tarixi 1908-ci ildən başlayan "Rochester International Auto Show"dan (Roçester Beynəlxalq Avtosalonu) gedir. Oxuməni az xəbər verir ki, bu barədə "Carscoops" məlumat yayıb.
Avtomobil sərgiləri sürətlə ziyarətçilərini və istehsalçıların dəstəyini itirir. Məhz buna görə Cenevrə avtosalonu bağlanıb, Detroyt sərgisi isə əvvəlki miqyasını itirib. Roçester avtosalonu bütün bu illər ərzində çoxlu sayda ziyarətçi cəlb edə bilib. Bir çox insan hətta güclü qar və şaxtalı havalarda belə avtomobil sənayesindəki yenilikləri görmək üçün bura gəlirdi.
Təşkilatçılar qısa bir bəyanat yayaraq bütün iştirakçılara, sponsorlara və yerli tərəfdaşlara təşəkkür ediblər. Lakin bağlanma səbəbini açıqlamayıblar. Buna baxmayaraq, media təşkilatçılardan tədbirin artıq iqtisadi cəhətdən sərfəli olmadığını öyrənə bilib. COVID-19 pandemiyasından sonra ziyarətçi sayı kəskin şəkildə azalıb və əvvəlki səviyyəsinə qayıtmayıb.
Tədbirin rəhbərliyi bağlanma qərarını çox çətin bir qərar adlandırıb, lakin yeni bazar şərtlərini, tədbirin təşkilinin yüksək xərclərini və yeniliklər haqqında məlumat əldə etməyin əvvəllər mövcud olmayan müxtəlif yollarının yaranmasını nəzərə almaq məcburiyyətində qalıblar. Avtosalonun keçirilməsi artıq özünü doğrultmurdu. Roçester Avtomobil Dilerləri Assosiasiyası bağlanma ilə bağlı yekun qərarı qəbul edib.
Bununla yanaşı, təşkilatçılar Nyu-York və Los-Anceles avtosalonlarının nisbətən yaxşı vəziyyətdə olduğunu, lakin bir sıra digər motor-şouların çətinliklərlə üzləşdiyini vurğulayıblar.
Almaz Həsənli

.jpg)



.jpg)












.jpg)































.jpg)




.jpg)















.jpg)






.jpg)















