Brent markalı neft ucuzlaşıb

Brent markalı neft ucuzlaşıb

Bəyəndim (1) Bəyənmədim (0)

Yaxın Şərq regionundan yanacaq ixracı ilə bağlı yeni narahatlıqların yaratdığı kəskin bahalaşmadan sonra cümə günü səhər saatlarında neft qiymətləri aşağı düşür.

Oxuməni.az xəbər verir ki, Bakı vaxtı ilə saat 09:12-yə olan məlumata görə, Londonun ICE Futures birjasında Brent markalı neftin dekabr fyuçersləri bir barel üçün 102,93 dollara satılıb. Bu, əvvəlki ticarət sessiyasının bağlanış qiyməti ilə müqayisədə 1,35 dollar (1,29%) azdır. Cümə axşamı Brent neftinin qiyməti 4,08 dollar (4,1%) artaraq bir barel üçün 104,28 dollara çatmışdı.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI markalı neftin noyabr fyuçerslərinin qiyməti isə həmin vaxta qədər 1,1 dollar (1,2%) ucuzlaşaraq bir barel üçün 90,39 dollara enib. Əvvəlki sessiyanın yekunlarına görə, WTI neftinin qiyməti 3,21 dollar (3,6%) artaraq bir barel üçün 91,49 dollar təşkil etmişdi.

Almaz Həsənli