Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edilib
ABŞ Prezidenti Donald Tramp ötən həftə milli təhlükəsizlik üzrə müşavirlərin iştirakı ilə keçirilən müşavirənin yekununda ona təqdim edilmiş İrana qarşı yeni hərbi əməliyyat planını nəzərdən keçirir. Oxuməni.az xəbər verir ki, bu barədə The New York Times qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, plan “təxminən üç gün davam edəcək qısa, lakin intensiv hərbi əməliyyatın” həyata keçirilməsini nəzərdə tutur.
Nəşrin həmsöhbətlərinin bildirdiyinə görə, Tramp Pentaqonun hazırladığı, İranın pilotsuz uçuş aparatları və raket arsenalına, enerji infrastrukturuna aid obyektlərə, eləcə də digər hərbi hədəflərə zərbələr endirilməsini nəzərdə tutan planları nəzərdən keçirir. Bu isə onun bir gün əvvəl, noyabrın 3-nə təyin edilmiş aralıq seçkilərə qədər zərbələrin başlanmayacağını bəyan etməsinə baxmayaraq baş verir.
ABŞ rəsmilərinin sözlərinə görə, son bir neçə ay ərzində güc strukturlarının nümayəndələri İrana və ya onun dəstəklədiyi Yəmənin husilər hərəkatına qarşı genişmiqyaslı əməliyyatların keçirilməsini artıq beş dəfə təklif ediblər. Lakin Tramp hər dəfə bu təklifləri rədd edib.
Almaz Həsənli
.jpg)


















.jpg)







.jpg)
































.jpg)




.jpg)

.jpg)
















