ABŞ və NATO-nun kəşfiyyat mərkəzlərinin yerləşdiyi Britaniya aviabazasına daxil olan iki Latviya vətəndaşı saxlanılıb
Britaniya polisi ABŞ və NATO-nun kəşfiyyat bölmələrinin yerləşdiyi Kembricşir qraflığındakı RAF Molesworth aviabazasına qanunsuz daxil olduqdan sonra iki Latviya vətəndaşını saxlayıb. Oxuməni az xəbər verir ki, bu barədə The Guardian qəzeti məlumat yayıb.
32 və 36 yaşlı kişilər, o cümlədən Böyük Britaniyaya zərər vura biləcək məqsədlə qadağan olunmuş obyektə daxil olmaqla, milli təhlükəsizlik qanunvericiliyini pozmaqda şübhəli bilinirlər. Araşdırma antiterror polisi tərəfindən aparılır.
Oktyabrın 7-də saat 22:00 radələrində hərbi polis patrulu aviabazanın perimetri yaxınlığında tərk edilmiş avtomobil aşkar edib. Axtarış zamanı polislər hasarda kiçik bir dəlik tapıblar. Oktyabrın 8-də saat 02:00 radələrində isə bazanın ərazisində olan iki kişi aşkarlanıb.
Onlar əvvəlcə qadağan olunmuş obyektə qanunsuz daxil olmaqda və əmlaka zərər vurmaqda şübhəli bilinərək saxlanılıblar. Polisin məlumatına görə, hər iki şəxs Böyük Britaniyada yaşayır.
Saxlanılan şəxslərə məxsus avtomobil yoxlama üçün ərazidən aparılıb. Polis mümkün təhlükə ilə bağlı narahatlıqlara görə avtomobili partlayıcı maddələr üzrə mütəxəssislərə də yoxlatdırıb, lakin təhlükə yarada biləcək heç nə aşkar edilməyib. Hazırda polis Peterboro ərazisində iki ünvanda axtarış aparır, saxlanılan hər iki şəxs isə həbsdə qalır.
RAF Molesworth aviabazasından ABŞ hərbçiləri kəşfiyyat əməliyyatları üçün istifadə edirlər. Burada ABŞ Avropa Komandanlığının Birgə Kəşfiyyat Əməliyyatları Mərkəzi (JIOCEUR), eləcə də alyansın əməliyyatlarını dəstəkləmək məqsədilə kəşfiyyat məlumatlarının toplanması və mübadiləsi ilə məşğul olan NATO kəşfiyyat mərkəzi yerləşir.
Qeyd edək ki, saxlanılma hadisəsi ABŞ-ın bir neçə gün əvvəl Britaniyanın digər aviabazası olan RAF Fairford-dan B-1 bombardmançılarını çıxarmasından sonra baş verib.
Almaz Həsənli




.jpg)




















.jpg)









.jpg)
































.jpg)




.jpg)










