Brent markalı neftin qiyməti aşağı düşüb

Brent markalı neftin qiyməti aşağı düşüb

Bəyəndim (1) Bəyənmədim (0)

Çərşənbə axşamı neft qiymətləri Rusiya dizelinin tədarükü sayəsində qlobal dizel yanacağı çatışmazlığının yumşalacağına dair ümidlər fonunda aşağı düşür.

Oxuməni. az xəbər verir ki, ICE Futures London birjasında Brent markalı neftin dekabr flyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 9:20-yə olan məlumata görə, bir barel üçün 1,14 dollar (1,07%) ucuzlaşaraq 105,51 dollar təşkil edib. Bazar ertəsi bu müqavilələrin dəyəri 1,93 dollar (1,84%) bahalaşaraq bir barel üçün 106,65 dollara çatıb.

Nyu-York Əmtəə Birjasının (NYMEX) elektron ticarətində WTI markalı neftin noyabr flyuçersləri bu vaxta qədər 1,09 dollar (1,16%) ucuzlaşaraq bir barel üçün 92,65 dollara düşüb. Ötən sessiyanın yekunlarına əsasən, onların dəyəri 1,89 dollar (2,06%) artaraq bir barel üçün 93,74 dollar təşkil etmişdi.

Almaz Həsənli