Vitkof və Kuşner hələlik Rusiyaya səfər etməyi planlaşdırmırlar
Amerikalı danışıqlar aparan şəxslər Stiv Vitkof və Cared Kuşner hələlik Rusiyaya səfər etməyi planlaşdırmırlar, çünki əvvəlcə Ukraynanın və onun avropalı tərəfdaşlarının danışıqlar mövqeyini başa düşmək istəyirlər. Oxuməni.az xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən yazır.
"Prezidentin xüsusi elçiləri Stiv Vitkof və Cared Kuşner Moskvaya səfər planlarını hələlik pauzaya qoyublar. Fasilə, ən azı, Ukrayna və avropalıların Vladimir Putin üçün yeni ümumi təklifi dəstəkləməyə hazır olub-olmadıqları barədə onlara izahat verilənə qədər davam edəcək", - deyə məqalədə bildirilir.
Cümə günü ABŞ Floridada Ukrayna və Avropadan olan nümayəndə heyətləri ilə görüş keçirib. Əvvəlcə görüşün iki gün davam etməsi planlaşdırılsada, praktiki olaraq cəmi bir gün çəkib. Qərb KİV-lərinin məlumatına görə, Ukrayna nümayəndələri Rusiyadan ABŞ-yə dizel yanacağının tədarükü ilə bağlı razılaşmaların məlum olmasından sonra təmasları dayandırıblar.
Almaz Həsənli









.jpg)
















































.jpg)

























