Fransa Hind okeanında Rusiyaya məxsus neft tankerini saxlayıb
Fransa qanunsuz yanacaq daşımaqda şübhəli bilinən DF Peak tankerini Hind okeanında saxladı.
Oxuməni.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron bunu X-də açıqlayıb. Onun sözlərinə görə, tanker 12 oktyabr səhəri Reyunion adasından 450 dəniz milindən çox cənubda saxlanılıb.
"Fransa kölgə donanması ilə dünya miqyasında mübarizə aparmaqda qərarlıdır." "Bu səhər Reyunion adasından 450 dəniz milindən çox cənubda Fransa Hərbi Dəniz Qüvvələri saxta bayraq altında üzməkdə və qanunsuz yanacaq daşımaqda şübhəli bilinən DF Peak neft tankerini saxladı", - deyə o bildirib.
Makron əməliyyatın beynəlxalq dəniz qanunvericiliyinə uyğun olaraq həyata keçirildiyini bildirib.
O əlavə edib ki, "Bu hərəkət qanunun tətbiqinə və harada baş verməsindən asılı olmayaraq, bütün növ qanunsuz ticarətlə mübarizəyə qətiyyətimizi nümayiş etdirir".
Əziz MUSTAFA







.jpg)







































.jpg)



































