Aİ 2022-ci ildən bəri Rusiyaya qarşı ən böyük sanksiya paketini təsdiqlədi
Avropa İttifaqının xarici işlər nazirləri Rusiyaya qarşı 22-ci sanksiya paketini təsdiqləiblər. Oxuməni.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Kaya Kallas “X” sosial şəbəkəsində məlumat verib. O əlavə edib ki, siyahıya təxminən 1,6 min fiziki və hüquqi şəxs daxil edilib.
Kallas daha əvvəl bunun Rusiyaya qarşı “ən böyük” sanksiya paketi olduğunu bildirmişdi. “Euronews” yazır ki, paketə 1646 fiziki və hüquqi şəxs daxildir.
İyulun sonunda Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketini təsdiqləmişdi — ora 200-dən çox bənd daxildir. Tədbirlər maliyyə, energetika və müdafiə sektorlarına toxunub. Məhdudiyyətlər arasına 90-dan çox bank, 40 gəmi, bir sıra neft emalı zavodları və energetika şirkətləri, Rusiyanın yeganə elektrik enerjisi ixrac-idxal operatoru olan "İnter RAO", eləcə də müxtəlif ölkələrdən 14 kripto-platforma və operator düşüb. Bundan əlavə, məhdudiyyətlər hərbi-sənaye kompleksinin 50-dən çox müəssisəsinə, o cümlədən Rusiya uzaqmənzilli PUA-larının istehsalçılarına da şamil edilib.
Fərdi sanksiyalara, xüsusən də Rusiyanın idman naziri Mixail Deqtyaryov, "Dialoq" ANİ-nin baş direktoru və Beynəlxalq Fakt-Çekinq Assosiasiyasının rəhbəri Vladimir Tabak, Rusiya prezidentinin köməkçisi Vladimir Medinski, Rusiya Mərkəzi Bankının sədr müavini Sergey Belov, "RЖД"nin (Rusiya Dəmir Yolları) baş direktoru Oleq Belozorov və başqaları düşüblər.
Almaz Həsənli
.jpg)
























.jpg)













































.jpg)











