Putin hələ də Trampın elan etdiyi Ukrayna ilə enerji atəşkəs razılığı ilə razılaşmayıb
Rusiya hələ ki ABŞ Prezidenti Donald Trampın elan etdiyi Ukrayna ilə enerji atəşkəsi ilə razılaşmayıb. Oxuməni.az xəbər verir ki, bu barədə "Axios"a məlumatlı mənbələr bildiriblər. "Ruslar bu barədə düşünürlər. Tezliklə onların hazır olub-olmadığını öyrənəcəyik", – deyə Ağ Evdəki həmsöhbət nəşrə bildirib. O, eyni zamanda dəqiqləşdirib ki, atəşkəs yalnız bir-birlərinin neft emalı zavodlarına (NEZ) hücumların dayandırılmasını nəzərdə tutur. Əgər neft emalı zavodlarına zərbələr dayanarsa, razılaşma elektrik stansiyalarını və enerji şəbəkələrini də əhatə edə bilər.
Eyni zamanda, "Axios"un Ukraynadakı həmsöhbəti "NEZ-ə qarşı NEZ" sxemini bərabərsiz adlandırıb, çünki Rusiyanın geniş neft zavodları şəbəkəsi olduğu halda, Ukraynanın yalnız bir, o da tam gücü ilə işləməyən zavodu var. "Biz dizel və benzin idxal edirik. Bizə lazımdır ki, ruslar bizim enerji sistemimizi atəşə tutmağı dayandırsınlar", – deyə Ukrayna rəsmisi vurğulayıb. Trampın özü isə Ukraynanın Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmasına çalışır, çünki onun fikrincə, bu zərbələrə görə ABŞ-da avtomobil yanacağının qiyməti artır. "Tramp çox qəzəblidir. Ona elə gəlir ki, Zelenski ABŞ-ı lazımınca qiymətləndirmir (vəziyyəti təbii qəbul edir)", – deyə Ağ Evdəki "Axios" mənbəsi bildirib.
Tramp Rusiya və Ukrayna arasında enerji atəşkəsinin başlandığını bir gün əvvəl, oktyabrın 11-də elan edib. "Hər iki tərəf razılaşıb. Bunu pozmayın", – deyə ABŞ prezidenti özünün "Truth Social" sosial şəbəkəsində yazıb. Zelenski öz növbəsində bildirib ki, razılaşma haqqında ilk dəfədir eşidir. "Əgər Prezident Tramp bunu Putinlə razılaşdırıbsa, xahiş edirik, atəşkəsin nə vaxt qüvvəyə minəcəyini bizə bildirin", – deyə Ukrayna prezidenti bildirib. Daha sonra Zelenski Ukrayna Silahlı Qüvvələrinə (USQ) Rusiya enerji infrastrukturuna zərbələr endirməmək əmri verdiyini bildirib. Eyni zamanda, o, Rusiyanın tərəfindən də analoji addım gözlədiyini vurğulayıb.
Zelenski əlavə edib ki, Ukrayna deeskalasiya üçün artıq müxtəlif addımlar təklif edib, lakin onun sözlərinə görə, Putin hər dəfə imtina ilə cavab verib. "Çox ümid edirik ki, nəhayət o, Amerikaya, Ukraynaya və bütün dünyaya başqa bir şey deyəcək. Qətllərdən və aldatmadan başqa bir şey. Real və ləyaqətli sülhə gətirib çıxaracaq bir şey. Ukrayna sülh istəyir. Sual budur ki, Rusiya istəyirmi?", – deyə Ukrayna prezidenti sözünü yekunlaşdırıb.
Almaz Həsənli











.jpg)

















































.jpg)





















