Dubayda ərəb atlarının hərracı rekord nəticə göstərərək 4,73 milyon dollar gəlir gətirib
Safqanlı ərəb atlarının yetişdirilməsi üzrə ixtisaslaşan Dubai Arabian Horse Stud təsərrüfatının təşkil etdiyi hərrac rekord satış həcmi ilə başa çatıb. Satışların ümumi məbləği 17,361 milyon BƏƏ dirhəmi (təxminən 4,73 milyon dollar) təşkil edib. Oxuməni az xəbər verir ki, bu barədə bignewsnetwork.com məlumat yayıb.
Tədbir BƏƏ, Fars körfəzi ölkələri, Yaxın Şərq və Avropadan olan at sahiblərini və yetişdiriciləri bir araya gətirib. Təşkilatçıların bildirdiyinə görə, hərrac atçılıq təsərrüfatının qapalı manejində keçirilib. Satışlar Emirates Auction şirkətinin iştirakı ilə əyani formatda, həmçinin Kaheelah Auction platforması vasitəsilə onlayn təşkil olunub.
Hərraca Dubai Arabian Horse Stud təsərrüfatında yetişdirilmiş 55 at çıxarılıb. Bundan əlavə, iştirakçılara damazlıq məqsədilə Fa El Rasheem və D Seraj ayğırlarının genetik materialından istifadə etmək üçün iki eksklüziv imkan təqdim olunub.
Hərracın ən bahalı atı D Eshrah adlı madyan olub. O, 2,8 milyon dirhəmə (təxminən 763 min dollar) satılıb. Qiymətinə görə ikinci yeri isə 2,3 milyon dirhəmə (təxminən 626 min dollar) satılan D Hanneen adlı madyan tutub.
Beləliklə, hərracın ən bahalı iki atına görə alıcılar ümumilikdə 5,1 milyon dirhəm (təxminən 1,39 milyon dollar) ödəyiblər.
Almaz Həsənli









.jpg)










.jpg)




















.jpg)
















































