Paşinyan: Ermənistan yaxın gələcəkdə Azərbaycanla sülh müqaviləsinə diqqətini cəmləşdirəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanması və ratifikasiyasına diqqət yetirilməsinin vacibliyini bildirib. Oxuməni. az xəbər verir ki, bu barədə o, bu gün Facebook səhifəsində yayımlanan video-müraciətində danışıb.
“Mənim fikrim belədir — yaxın gələcəkdə biz Azərbaycanla paraflanmış sülh müqaviləsinin imzalanması və ratifikasiyası üzərində işləməyə diqqətimizi cəmləşdirməliyik” - deyə Nikol Paşinyan bildirib.
Ermənistan hökumətinin rəhbəri həmçinin qeyd edib ki, bu müqavilə imzalandıqdan sonra uzunmüddətli perspektivdə Ermənistanın dövlətçiliyinin möhkəmlənməsinə imkan yaradacaq.
Qeyd edək ki, dünən RFI-yə verdiyi müsahibədə Nikol Paşinyan bildirib ki, Azərbaycanla sülh faktiki olaraq artıq təmin olunub, çünki tərəflər sülh müqaviləsini paraflayıb, 2025-ci il Vaşinqton Bəyannaməsini qəbul edib və sərhədlərin delimitasiyası haqqında sənədi ratifikasiya ediblər.
Almaz Həsənli








































.jpg)






















.jpg)



















