Belarusda süni intellekt vasitəsilə yaradılmış ikonaya xeyir-dua verilib
Belarus Katolik Kilsəsinin keçmiş rəhbəri, arxiyepiskop Tadeuş Kondruseviç oktyabrın 11-də süni intellekt vasitəsilə yaradılmış ikonaya xeyir-dua verib. Oxuməni az xəbər verir ki, bu barədə Belarusun Katolik.life nəşri məlumat yayıb.
Söhbət gedən təsvir Novolukoml şəhərindəki Müqəddəs Mariya Maqdalena kilsəsində yerləşir. Burada Vatikanın bir il əvvəl müqəddəs elan etdiyi yeniyetmə Karlo Akutis təsvir olunub.
Katolik.life qeyd edir ki, sosial şəbəkələrdə dindarlar Akutisin təsvirinə xeyir-dua verilməsini tənqid ediblər. Onlar süni intellekt tərəfindən yaradılan təsvirin ikona hesab edilə bilməyəcəyini vurğulayıblar.
Nəşr süni intellekt vasitəsilə yaradılmış ikonaya xeyir-dua verilməsini Belarusda ilk belə hal adlandırıb. Digər ölkələrdə də buna bənzər təsvirlərin təqdis olunması barədə məlumat tapmaq mümkün olmayıb.
Qeyd edək ki, Karlo Akutis uşaqlıqdan dini inanclara maraq göstərən italiyalı yeniyetmə olub. O, proqramlaşdırmağı öyrənib və katolik təşkilatları üçün internet saytları hazırlayıb. Həmçinin dünyanın müxtəlif yerlərində baş verdiyi bildirilən möcüzələri sənədləşdirən veb-sayt yaradıb.
Akutis 2006-cı ildə, 15 yaşında olarkən leykozdan vəfat edib. Vatikan 2025-ci ildə onu müqəddəs elan edib. Akutis “internetin himayədarı” və milleniallar nəslinin ilk müqəddəsi adlandırılır.
Almaz Həsənli


.jpg)













































.jpg)






















.jpg)











