Polşa xarici işlər naziri 2030-cu ilə qədər birgə Avropa ordusu yaratmağa ümid edir
Polşa 2030-cu ilə qədər Avropada birgə ordu yarana bilər.
Oxuməni.az xəbər verir ki, bu barədə Polşa xarici işlər naziri Radoslav Sikorski Varşava Təhlükəsizlik Forumundakı çıxışında deyib.
"Düşünürəm ki, bu onilliyin sonuna qədər, hətta yalnız Baltikyanı ölkələrdə və şərq cinahında olsa belə, birgə ordumuz olacaq", - deyə o bəyan edib.
Bu ilin əvvəlində Avropa Müdafiə Komissarı Andrius Kubilius 100.000 əsgərdən ibarət ümumavropa ordusunun yaradılmasını müdafiə etdi. O, "Avropa Birliyinin təhlükəsizliyini qorumaq üçün ən yaxşı seçim güclü, daimi Avropa hərbi qüvvəsinin olacağını" bildirdi.
Əziz Mustafa
Digər xəbərlər




.jpg)















































.jpg)






























