NATO-nun Baş Katibi Rusiya ilə mümkün hərbi münaqişə ilə bağlı şərh verdi

NATO-nun Baş Katibi Rusiya ilə mümkün hərbi münaqişə ilə bağlı şərh verdi

07:51
Bəyəndim (0) Bəyənmədim (0)

NATO Rusiyadan heç bir təhlükə görmür. Oxuməni.az xəbər verir ki, bu barədə NATO-nun Baş Katibi Mark Rutte jurnalistin Rusiya ilə mümkün hərbi münaqişə ilə bağlı sualına cavab verərkən bildirib.

"Biz inanmırıq ki, Rusiya... NATO ölkələrindən birinə hücum etməyi düşünür. Biz Alyansın ərazisinə dərhal təhlükə görmürük", - Rutte deyib. O, həmçinin təşkilatın hücum əlamətləri aşkar edilərsə, cavab verməyə hazır olduğunu bildirib.

Baş katib qeyd edib ki, Şimali Atlantika Alyansının lazımi müdafiə planları var və lazım gələrsə, üzv dövlətlərinin bütün ərazisini müdafiə edəcək. Rutte NATO-nun müdafiə ittifaqı olduğunu və digər dövlətlərə hücum etmək niyyətində olmadığını bir daha vurğulayıb.

Daha əvvəl Kalininqrad vilayətinin Qanunvericilik Məclisinin sədri Andrey Kropotkin NATO ilə Rusiya arasında birbaşa münaqişənin bütün Avropa üçün fəlakətə səbəb ola biləcəyi barədə xəbərdarlıq etmişdi.

Əziz Mustafa