BMW 7-ci seriya zirehli sedanının konseptini təqdim edib
BMW şirkəti gizli və yüngülləşdirilmiş zireh müdafiəsi ilə təchiz olunmuş Concept 7 Protection sedanının prototipini təqdim edib. Modelin seriyalı istehsalına başlanma tarixi və qiyməti hələ açıqlanmayıb. Oxuməni.az xəbər verir ki, bu barədə autopilot.ru məlumat yayıb.
Zireh müdafiəsi avtomobilin kuzov konstruksiyasına inteqrasiya edilib və kənardan demək olar ki, hiss olunmur. Avtomobil qalınlaşdırılmış gülləkeçirməz şüşələr, qapılarda ballistik polad və kuzovun digər elementlərində kompozit materiallarla təchiz olunub. Həmçinin qapı və pəncərələri açmadan avtomobildən kənardakı insanlarla danışmağa imkan verən rabitə sistemi nəzərdə tutulub.
Avtomobilin konstruksiyası 9×19 mm və .44 Magnum kalibrli güllələrə qarşı müdafiə üçün nəzərdə tutulub. BMW nümayəndələrinin sözlərinə görə, bu səviyyəli qorunma yol münaqişələri və ya qarət zamanı yarana biləcək təhlükələrdən özlərini qorumaq istəyən alıcılar üçün nəzərdə tutulub.
BMW-nin model sıralamasında artıq 7-ci seriyanın, eləcə də elektrik mühərrikli i7 modelinin daha bahalı, VR9 səviyyəli müdafiəyə malik zirehli versiyaları mövcuddur.
Konseptin əsasını M760e xDrive hibrid versiyası təşkil edir. Onun güc qurğusu 3 litrlik, sıralı altısilindrli mühərriklə elektrik mühərrikini birləşdirir. Sistemin ümumi gücü 612 at qüvvəsi, fırlanma anı isə 800 Nm təşkil edir.
Almaz Həsənli




































.jpg)







.jpg)







































