Britaniya Çernobıl AES-in təmiri üçün Ukraynaya 17 milyon funt sterlinq ayıracaq
Böyük Britaniya hökuməti Çernobıl Atom Elektrik Stansiyasının (AES) təmiri üçün Ukraynaya 17 milyon funt sterlinq (22 milyon dollardan çox) vəsait ayıracağını bəyan edib. Oxuməni. az xəbər verir ki, bu barədə Britaniya hökumətinin rəsmi saytında məlumat verilib.
"Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 17 milyon funt sterlinq ayırır", - deyə hökumətin bəyanatında bildirilir.
Qeyd olunur ki, bu dəstək "qurğunun izolyasiya və ventilyasiya funksiyalarını bərpa edəcək və onun nəzərdə tutulan istismar müddətini uzadacaq" əsaslı təmir işlərini maliyyələşdirməyə imkan verəcək.
Londonda hesab edirlər ki, "təmir aparılmasa, korroziya uzun illər ərzində qoyulmuş beynəlxalq investisiyaları təhlükə altına ata və ətraf mühit, eləcə də təhlükəsizlik üçün uzunmüddətli risklər yarada bilər".
Xatırladaq ki, 14 fevral 2025-ci il tarixində pilotsuz uçuş aparatı (PUA) Çernobıl AES-də qəza nəticəsində dağılmış reaktorun qalıqlarının saxlandığı binaya zərbə endirib. Dron sarkofaqın damında təxminən 6 metr diametrində deşik açıb. Nəticədə bəzi avadanlıqlar və elektrik kabelləri zədələnib.
Almaz Həsənli



















.jpg-3.jpg)
.jpg-2.jpg)
.jpg-1.jpg)












































.jpg)







.jpg)









