Dnepropetrovsk bölgəsində Rusiya hücumları nəticəsində iki nəfər həlak olub

Dnepropetrovsk bölgəsində Rusiya hücumları nəticəsində iki nəfər həlak olub

10:16
Bəyəndim (0) Bəyənmədim (0)

15 oktyabr səhəri Rusiya qoşunları Dnepropetrovsk bölgəsinin Dneprovski və Pavloqrad rayonlarına hücum edib. Atəş nəticəsində iki nəfər həlak olub.

Oxuməni.az xəbər verir ki, bu barədə Dnepropetrovsk Regional Dövlət Administrasiyasının rəhbəri Aleksandr Qanjanın məlumatında deyilir.

"Novooleksandrivska icmasında fərdi ev dağılıb. İki nəfər həlak olub", Qanja qeyd edib.

Hakimiyyət orqanlarının məlumatına görə, Pavloqradda bir neçə fərdi ev də yanıb. Xilasedicilər hadisə yerində işləyir və itkilər barədə məlumatlar dəqiqləşdirilir.

Rusiyanın hücumları səbəbindən Kiyevdə və yeddi bölgədə elektrik kəsintiləri qeydə alınıb.

14 oktyabr gecəsi Rusiyanın hücumu nəticəsində Kiyev şəhərinin hər üç istilik və elektrik stansiyası, eləcə də Kiyev bölgəsindəki vacib enerji obyektləri zədələnib. Yaşayış binalarına endirilən zərbələrdən sonra paytaxtda ölən və yaralananların sayı artıb.

Xmelnitski rayonunda Rusiya pilotsuz təyyarəsinin qalıqları yerə düşərək yanacaqdoldurma məntəqəsini yandırıb. İki nəfər yüngül xəsarət alıb.

14 oktyabr gecəsi Lutskdakı neft anbarında pilotsuz təyyarənin vurması nəticəsində yanğın baş verib. Yanğın təxminən saat 2:00 radələrində baş verib.

Əziz Mustafa