İran öz istehsalı olan qırıcı təyyarəni sınaqdan keçirməyi planlaşdırır

İran öz istehsalı olan qırıcı təyyarəni sınaqdan keçirməyi planlaşdırır

10:43
Bəyəndim (1) Bəyənmədim (0)

İran 2027-ci ildə öz istehsalı olan ağır qırıcı təyyarənin uçuş sınaqlarını keçirməyi planlaşdırır. Oxuməni.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə İslam Respublikasının yeni müdafiə naziri Mehrdad Əxlaqi bildirib.

"Ümid edirəm ki, İran İslam Respublikasının ağır qırıcı təyyarəsi gələn il havaya qalxacaq", - deyə o qeyd edib.

Əxlaqinin sözlərinə görə, cari ildə təyyarənin yerüstü hərəkəti və sürmə sınaqları planlaşdırılır. O, qırıcının tamamilə İranda istehsal olunduğunu vurğulayıb.

Daha əvvəl, oktyabrın 18-də İranın birpalatalı parlamenti (Məclis) Mehrdad Əxlaqinin ölkənin müdafiə naziri vəzifəsinə təyin olunmasını təsdiqləyib. Oktyabrın 5-də İranın "Fars" agentliyi Əxlaqinin müdafiə naziri vəzifəsinə namizəd kimi irəli sürüldüyü barədə məlumat vermişdi.

Almaz Həsənli