Primoryedə 22 yaşlı qadın Ukrayna kəşfiyyatında çalışdığına görə dövlətə xəyanətdə ittiham olunub

Primoryedə 22 yaşlı qadın Ukrayna kəşfiyyatında çalışdığına görə dövlətə xəyanətdə ittiham olunub

11:15
Bəyəndim (0) Bəyənmədim (0)

Primoryedə Bolşoy Kamen şəhərinin 22 yaşlı sakini saxlanılaraq nəzarətə götürülüb. O, dövlətə xəyanətdə ittiham olunur.
Oxuməni.az xəbər verir ki, Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Primorye Krai İdarəsinin məlumatına görə, yerli qadın regionun dəmir yolu infrastrukturu - rele şkafları, inteqrasiya olunmuş transformator stansiyaları və elektrik yarımstansiyaları haqqında ödəniş müqabilində məlumat toplayıb.

O, məlumatları Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsinə ötürüb. Bunun üçün aldığı kompensasiyanın məbləği göstərilməyib.

Mətbuat açıqlamasına görə, qadın günahını etiraf edib və istintaqla fəal şəkildə əməkdaşlıq edir. Dövlətə xəyanətə görə maksimum cəza ömürlük həbsdir.

Əziz MUSTAFA