Zelenski: ABŞ Ukraynanı kapitulyasiyaya məcbur etməyə çalışır
Vaşinqtonun Ukraynaya münasibətdə son qərarları Rusiyanın qarşısında təslim olmağa məcbur etmək məqsədi daşıyan təzyiq kimi görünür. Bununla yanaşı, Kiyev ABŞ-da keçiriləcək seçkilərdən sonra münasibətlərin daha sakit məcraya yönələcəyinə ümid edir.
Oxuməni az “Bloomberg”-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski müsahibəsində bildirib.
“Düşünürəm ki, Ukraynanı kapitulyasiyaya razı salmaq üçün müəyyən addımlar atılıb”, – deyə Zelenski bildirib.
Prezident dəqiqləşdirib ki, tərəfdaşlarının belə bir məqsəd güddüyünü iddia etmir. “Amerikalı tərəfdaşlarımızın müharibəni Ukraynanın hesabına daha tez başa çatdırmağın mümkün olduğunu düşündüklərinə inanmaq istəmirəm. Amma vəziyyət məhz belə görünür”, – deyə o izah edib.
Zelenski bu cür addımlar sırasında Starlink sisteminin fəaliyyətinin qəsdən məhdudlaşdırılmasını və Ukraynanın pulunu ödədiyi Patriot hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükünün gecikdirilməsini qeyd edib.
Prezidentin fikrincə, Trampın Putinlə həqiqətən də yaxşı münasibətləri var.
“Amma burada bir məqam işləmir: hazırda Tramp Putini müharibəni bitirməyə məcbur edə bilmir”, – deyə Zelenski bildirib.
Zelenski hesab edir ki, noyabrın 3-də ABŞ-da keçiriləcək aralıq seçkilərdən sonra münasibətlər yaxşılaşa bilər.
“Seçkilər zamanı siyasət çox aqressiv olur. Düşünürəm ki, hazırda vəziyyət son həddə çatıb, amma seçkilərdən sonra həyat davam edəcək və inanıram ki, vəziyyət daha sakit olacaq”, – deyə o izah edib.
“Ukrayna üçün sunami miqyaslı risklər yarandıqda, hələ yüngül fırtına olduğu vaxt müdaxilə etmək lazımdır. Düşünürəm ki, söhbət dizel yanacağı ilə bağlı razılaşmadan daha böyük məsələlərdən gedir”, – deyə prezident əlavə edib.
O, həmçinin bildirib ki, bu həftə, böyük ehtimalla, Trampın xüsusi elçiləri Cared Kuşner və Stiv Uitkoffla yenidən görüşəcək.
Almaz Həsənli





.jpg)





.jpg)
































.jpg)








.jpg)






























