Azərbaycan derbisində qapılara 6 top vuruldi: Qarabağ Neftçi ilə oyunda son saniyələrdə məğlubiyyətdən xilas ola bildi
Premyer Liqanın növbəti turu "Qarabağ" və "Neftçi" derbisi ilə yadda qalıb.
Rəqib meydanında"Qarabağ" la görüşən "Neftçi" əzmkar oyunu ilə yadda qalıb. İlk dəqiqələrdən meydanda gərgin mübarizə getsədə də "Neftçi" erkən qola sevinib. "Neftçi"nin yarımmüdafiəçisi Qustavo Klisman 11-ci dəqiqədə sərrast zərbə ilə hesabı açıb: 0-1.
"Qarabağ" buna güclü hücumlarla cavab verib. Bu da tezliklə öz nəticəsini verib. Belə hücumlardan birində, oyunun 18-ci dəqiqəsində ev sahibi komandanın yarımmüdafiəçisi Aleksey Kaşuk hesabı bərabərləşdirib: 1-1.
Bundan sonra da meydanda gərgin mübarizə gedib. Oyunun 34-cü dəqiqəsində Klisman meydan sahiblərinin qapısına daha bir qol vuraraq "Neftçi"ni hesabda irəli çıxarıb: 1-2.
Hər iki tərəfin səylərinə baxmayaraq birinci hissədə qapılara daha qol vurulmayıb. İkinci hissədə də meydanda gərgin mübarizə davam edib.
52-ci dəqiqədə qonaq komandanın hücumçusu Draqolyub Saviç üçüncü topu "Qarabağ"ın qapısindan keçirərək hesab arasındakı fərqi iki topa çatdırıb: 1-3.
Bütün azarkeşlərin derbinin qalibinin "Neftçi" olacağını düşündüyü bir vaxtda "Qarabağ" geri dönüş edə bilib. 88-ci dəqiqədə Ağdam komandasının hücumçusu Renaldo Cefas hesab arasındakı fərqi azalda bilib: 2-3.
Hücumları davam etdirən "Qarabağ oyunun bitməsinə saniyələr qalmış məğlubiyyətdən qaça bilib. 90+5-ci dəqiqədə Kadi Borges "köhlən atlar"ın üçüncü qolunu vuraraq hesabı bərabərləşdirib: 3-3.
Beləliklə Azərbaycan derbisində qalib müəyyən edilməyib. Derbi oyunu bir daha göstərdi ki, "Qarabağ"ın müdafiəsində problemlər davam edir və onu aradan qaldırmadan Ağdam təmsilçisi ilk iki yeri tuta bilməyəcək.
Əziz MUSTAFA













.jpg)
























.jpg)






.jpg)












































