Avropa Liqası: “Beşiktaş” “Hoffenhaym”ı məğlub edib və oktyabrın 15-də keçirilən digər oyunların nəticələri
Oktyabrın 15-də UEFA Avropa Liqasının 2026/2027 mövsümünün liqa mərhələsinin 2-ci turunun oyunları keçirilib. Oxuməni. az həmin oyun gününün nəticələrini təqdim edir.
Dünən oynanıln matçlar arasında azərbaycanlı azarkeşləri ən çox Almaniyanın “Hoffenhaym”və Türkiyənin “Beşiktaş” komandaları arasındakı oyun maraqlandırırdı. Bu qarşılaşmada “Beşiktaş” “Hoffenhaym”ı 3:2 hesabı ilə məğlub edib.
İlk hissə qolsuz başa çatıb, əsas hadisələr isə fasilədən sonra yaşanıb. 60-cı dəqiqədə Amir Murillo Türkiyə komandasını hesabda önə keçirib. Lakin “Hoffenhaym” tezliklə cavab verib: 68-ci dəqiqədə Fisnik Aslani hesabı bərabərləşdirərək meydan sahiblərinin qələbə ümidlərini artırıb.
Almaniya komandasının sevinci uzun çəkməyib. Artıq 72-ci dəqiqədə Oh Hyon Gyu hücum zamanı yaranan fürsətdən istifadə edərək “Beşiktaş”ı yenidən önə çıxarıb. Yeddi dəqiqə sonra Cənubi Koreya millisinin hücumçusu dubl edib. Qarşılaşmada son nöqtəni Koki Matida qoyub.
Oktyabrın 15-də Avropa Liqasında keçirilən digər oyunların nəticələri:
- “Torrinse” – “Sanderlend” – 1:2
- “Sele” – “Omoniya” – 0:3
- “Lion” – “Kristal Pelas” – 3:2
- “Lex” (Poznan) – “Bayer” – 0:4
- “Red Bull Zalsburq” – “Milan” – 0:4
- “Sparta” (Praqa) – “Lillestrem” – 1:1
- AZ Alkmaar – “Hapoel” (Beer-Şeva) – 2:1
- “Yunion” – “Real Sosyedad” – 1:1
- “Selta” – “Yuventus” – 1:2
- “Ferentsvaroş” – “Viktoriya” (Plzen) – 2:1
- “Marsel” – “Olimpiakos” – 0:1
- “Benfika” – “Seltik” – 4:1
- NEC (Neymegen) – “Levski” – 1:1
- “Yagelloniya” – “Ararat-Armeniya” – 3:1
- “Renn” – OFİ – 2:1
- “Bornmut” – “Şturm” – 3:0
- “Dinamo” (Zaqreb) – “Anderlext” – 1:0
Xatırladaq ki, turnirin formatına əsasən, ilk səkkiz yeri tutan komandalar birbaşa 1/8 final mərhələsinə yüksələcəklər. 9–24-cü yerləri tutan klublar pley-off mərhələsində mübarizə aparacaqlar. Digər komandalar isə avrokuboklarla vidalaşacaqlar.
Almaz Həsənli



















.jpg)






















































.jpg-3.jpg)
.jpg-2.jpg)
.jpg-1.jpg)
















