Trampın tərəfdarları seçkilərin nəticələrindən sonra hərbi vəziyyət elan etməyi təklif ediblər

Trampın tərəfdarları seçkilərin nəticələrindən sonra hərbi vəziyyət elan etməyi təklif ediblər

16:18
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ Prezidenti Donald Trampın tərəfdarları noyabrda keçiriləcək aralıq Konqres seçkilərinin nəticələrindən sonra hərbi vəziyyət elan etməyi təklif ediblər. Seçkilərdə Respublikaçılar Partiyası məğlubiyyətə uğraya bilər. Oxuməni.az xəbər verir ki, bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb.

Belə bir ideyanı, xüsusilə, ABŞ liderinin tanışı Piter Tiktin irəli sürür. O, hakim qüvvələrin xeyrinə səsvermə qaydalarını dəyişdirmək məqsədilə Demokratlar Partiyasının qələbəsinin saxtalaşdırıldığını elan etməyi təklif edir.

“Bəzi təkliflər Trampın qanuni səlahiyyətlərinin hüdudlarını xeyli aşır və seçkilərin saxtalaşdırılacağına dair heç bir sübut yoxdur. Lakin bu çevrəyə daxil olan şəxslərin prezidentə birbaşa çıxışı var”, — deyə materialda qeyd olunur.

Daha əvvəl Tramp ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərdə demokratların qələbəsinin ölkəni “qaranlıq əsrlərə” qaytara biləcəyini bildirib. ABŞ liderinin sözlərinə görə, onun administrasiyası dövründə ölkənin sərhədləri tarixdə heç vaxt olmadığı qədər etibarlı şəkildə qorunub. Prezident xəbərdarlıq edib ki, demokratlar qalib gələcəkləri təqdirdə əvvəlki miqrasiya siyasətini bərpa edə bilərlər.

Almaz Həsənli