Ruslar Xarkova dronlarla hücum edib: Yanğın baş verib, üç nəfər ölüb, 13 nəfər yaralanıb

Ruslar Xarkova dronlarla hücum edib: Yanğın baş verib, üç nəfər ölüb, 13 nəfər yaralanıb

15:22
Bəyəndim (1) Bəyənmədim (0)

Təcavüzkar ölkənin ordusu Xarkovun iki rayonuna dronlarla hücum edib, nəticədə yanğın baş verib, ölən və yaralananlar var. Oxuməni.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatının yaydığı məlumatda deyilir. Məlumatda rusların hücumları yerli vaxtla ardıcıllıqla belə qeyd edilib:

10:16 Xarkov Xüsusi Əməliyyatlar Komandanlığının rəisi Oleq Sinegubov rus işğalçılarının şəhərin Şevçenkivski və Sənaye rayonlarına zərbələr endirdiyini aydınlaşdırdı. Onun sözlərinə görə, Şevçenkivski rayonuna hücum nəticəsində üç nəfər ölüb, daha yeddi nəfər yaralanıb. Yaralılara lazımi tibbi yardım göstərilir.

10:28 Dövlət rəsmisi Sinegubov Şevçenkivski rayonunda itkilərin sayının 13-ə çatdığını bildirdi.

10.29 Rusiya Xarkova üç ballistik raketlə hücum etdi: yanacaqdoldurma məntəqələri və yaşayış binaları vuruldu, altı nəfər öldü, 59 nəfər isə yaralandı. Rus pilotsuz təyyarəsinin vurulmasından sonra Sənaye rayonunda yanğın baş verdi.

Təcili yardım və ixtisaslaşmış xidmətlər Rusiya hücumunun nəticələrini aradan qaldırmaq üçün zərbə yerlərində işləyir.

Əziz MUSTAFA