Rusiyaya dron hücumu: Bütün Moskva hava limanlarının fəaliyyəti dayandırılıb
Şeremetyevo, Domodedovo, Vnukovo və Jukovski hava limanları fəaliyyətini müvəqqəti olaraq dayandırıb.
Moskva 15 oktyabr axşamı kütləvi dron hücumuna məruz qalıb. Dron hücumu gecə yarısından sonra da davam edib; cümə günü saat 01:15-ə olan məlumata görə, 47 dron vurulub. Oxuməni.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin Telegram-da bilsdirib.
Əvvəlcə o, Moskvaya uçan "10 dron"un məhv edildiyini bildirib. Daha sonra Rusiya rəsmisi daha 11 dronunun "vurulduğunu" və bir az sonra daha 16-sının məhv edildiyini açıqladı. Saat yerli vaxtla 01:15-də Sobyanin hava hücumundan müdafiə qüvvələrinin Moskvaya gedən "12 dronu vurduğunu" yazdı. Mer bildirib ki, "Təcili yardım xidmətləri qəza yerində işləyir".
Rosaviasiyanın verdiyi məlumata görə, bu hücumdan sonra Moskva hava qovşağındakı dörd hava limanının hamısı - Şeremetyevo, Domodedovo, Vnukovo və Jukovski - fəaliyyətini müvəqqəti olaraq dayandırıb.
Xatırladaq ki, 14 oktyabr gecəsi Ukraynanın Moskvaya və Rusiyanın digər bölgələrinə kütləvi dron hücumu səbəbindən 500-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib. Rusiya avtomobil zavodu da dron hücumundan sonra fəaliyyətini dayandırıb.
Əziz MUSTAFA



















































.jpg-3.jpg)
.jpg-2.jpg)
.jpg-1.jpg)






























