Vitkoff Zelenski və Putinlə yenidən şəxsən görüşmək niyyətindədir
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff yaxın günlərdə Ukrayna və Rusiya prezidentləri Volodimir Zelenski və Vladimir Putinlə yeni danışıqlar aparmaq niyyətindədir. Oxuməni. az xəbər verir ki, bu barədə çərşənbə axşamına keçən gecə "Reuters" agentliyi anonim mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, artıq bu həftə (19-25 oktyabr) Osloda danışıqların keçirilməsi planlaşdırılır. Burada Zelenski, Vitkoff, həmçinin Norveç, Böyük Britaniya, Fransa, Almaniya, Polşa, Avropa İttifaqı və NATO-nun nümayəndələrinin iştirakı gözlənilir.
Daha sonra, mənbələrin bildirdiyinə görə, Vitkoff Putinlə görüşmək üçün Rusiyaya getmək niyyətindədir. Rusiya-Ukrayna müharibəsindən əlavə, danışıqların mövzusu muzdluluqda və Ukrayna Silahlı Qüvvələrinin sıralarında xidmətdə ittiham olunaraq Rusiya həbsxanasında saxlanılan 73 yaşlı amerikalı Stiven Habbardın azad edilməsi ola bilər.
Mənbələrdən birinin sözlərinə görə, danışıqlarda adətən Vitkoffu müşayiət edən ABŞ prezidentinin kürəkəni Cared Kuşner hazırda xəstədir və yeni görüşlərə onlayn şəkildə qoşula bilər.
"Reuters"-in həmsöhbətləri bu planların ilkin xarakter daşıdığını bildiriblər. ABŞ hakimiyyəti hələlik bu məlumatı rəsmi şəkildə şərh etməyib.
Zelenski oktyabrın 19-da bildirib ki, Ukrayna və ABŞ danışıqlar aparan şəxsləri yaxın günlərdə Norveçdə görüşə bilərlər. O, bu məsləhətləşmələrdə özünün iştirakı barədə məlumat verməyib. Oktyabrın 18-də Ukrayna prezidenti Vitkoff və Kuşnerlə telefon danışığı aparıb.
Almaz Həsənli














































.jpg)








.jpg)




























