Özbəkistan və ABŞ Ayın, Marsın, kometlərin və asteroidlərin tədqiqi ilə bağlı Artemis Sazişlərini imzaladılar

Özbəkistan və ABŞ Ayın, Marsın, kometlərin və asteroidlərin tədqiqi ilə bağlı Artemis Sazişlərini imzaladılar

18:24
Bəyəndim (1) Bəyənmədim (0)

Özbəkistan kosmik fəzanın dinc məqsədlərlə tədqiqi ilə bağlı Artemis Sazişlərini imzaladı. Oxuməni.az xəbər verir ki, bu barədə Xarici işlər naziri Bəxtiyar Səidov juranlistlərə açıqlamasında deyib. O bildirib ki, bu, NASA və digər ölkələrin kosmik agentlikləri ilə əməkdaşlıq, mütəxəssislərin hazırlanması və texnologiyaların ötürülməsi imkanlarını genişləndirəcək.
Xarici işlər naziri Bəxtiyar Səidov bildirib ki, Özbəkistan və ABŞ Ayın, Marsın, kometlərin və asteroidlərin dinc məqsədlərlə tədqiqi və istifadəsi sahəsində əməkdaşlıq prinsiplərini müəyyən edən Artemis Sazişlərini imzalayıblar.

İmzalanma bazar ertəsi günü Səmərqənddə xarici işlər naziri Bəxtiyar Səidov və ABŞ dövlət katibi Marko Rubio arasında danışıqlardan sonra baş tutub.

"Sənəd Özbəkistan üçün NASA və digər iştirakçı dövlətlərin kosmik agentlikləri ilə əməkdaşlığı genişləndirmək, milli kadrların hazırlanması və kosmik texnologiyalarının ötürülməsi üçün yeni imkanlar açır", - Səidov bildirib.

Özbəkistan Artemis Sazişlərini imzalayan 77-ci ölkə olub.

Əziz Mustafa