Moskvaya böyük dron hücumu edilib: Mer Sobyanin 50-dən çox insanın vurulduğunu iddia edir
Moskvaya 28 oktyabr axşamı və 29 oktyabr gecəsi dron hücumu edilib.
Oxuməni.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyaninin rəsmi açıqlamasında deyilir. O, Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən şəhərə yaxınlaşan dronların vurulduğunu iddia edib. Merin sözlərinə görə, vurulan dronların ümumi sayı 50-ni keçib.
"Moskva istiqamətində uçan 50-dən artıq pilotsuz uçuş aparatının (PUA) hücumu dəf edildi və onlar havada ikən vuruldu.. Təcili yardım xidmətləri qəza yerində işləyir", - deyə o bəyan edib.
Hücum Moskva bölgəsindəki hava limanının fəaliyyətinə də təsir göstərib. Vnukovo, Domodedovo və Jukovskidə təyyarələrin gəlişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Əziz Mustafa
Digər xəbərlər















.jpg)
.jpg)
.jpg)




























.jpg)







.jpg)





























