İtaliyanın Baş naziri Meloni ABŞ-da keçiriləcək seçkilərə qədər Ukraynaya yardımı dayandırıb
İtaliyanın Baş naziri Corcya Meloni Ukraynaya yardımın 13-cü paketinin göndərilməsini dayandırıb. Oxuməni.az xəbər verir ki, bu barədə Il Giornale d’Italia məlumat yayıb. Nəşrin məlumatına görə, Meloni ABŞ-da keçiriləcək aralıq seçkilərin nəticələrini gözləyir.
Qəzetin dəqiqləşdirdiyinə görə, İtaliya əvvəlki yardım paketini on ay əvvəl — 2025-ci ilin dekabrında göndərib. Yeni paket artıq hazırlanıb, lakin onun çatdırılma müddəti hələ də müəyyən edilməyib. Il Giornale d’Italia qeyd edir ki, bu vəziyyət Corcya Meloninin Fransa və Ukrayna prezidentləri Emmanuel Makron və Vladimir Zelenski qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsini təhlükə altına qoyur. İtaliya hökuməti açıq şəkildə Ukraynanı dəstəkləməyə davam etdiyini bəyan edir, lakin tədarüklərin nə vaxt bərpa olunacağını açıqlamır.
Avqustun sonunda Corcya Meloni İtaliyanın qış mövsümü ərəfəsində Ukraynaya humanitar yardım göstərməyə davam edəcəyini bildirmişdi. O, həmçinin hərbi münaqişənin nizamlanması üçün danışıqların aparılmasının tərəfdarı olduğunu bir daha bəyan etmişdi.
Qeyd edək ki, Politico yazırdı ki, 2027-ci ildə keçirilməsi planlaşdırılan parlament seçkiləri ərəfəsində Meloni Ukraynaya dəstəyinə görə seçicilər qarşısında öz mövqeyini izah etməli olur. Bununla yanaşı, İtaliyanın sol-mərkəzçi qüvvələri seçkilərdən sonra Romanın Kiyevə gələcək hərbi yardımdan imtina edə biləcəyini istisna etməyiblər.
Almaz Həsənli





















.jpg)







.jpg)























.jpg)

















.jpg)
.jpg)











