İsrail parlament seçkilərində səsvermə başa çatıb
İsraildə yerli vaxtla saat 22:00-da (Bakı vaxtı ilə 23:59) parlament seçkiləri - Knesetə səsvermə məntəqələri bağlandı. Exit-poll məlumatlarına görə, heç bir partiya səslərin 50%-dən çoxunu qazanmır.
İsraildə parlament seçkilərində ümumi iştirak 77,7% təşkil edib ki, bu da 1999-cu ildən bəri ən yüksək göstəricidir. Oxuməni. az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat verib.
İsraildə keçirilən seçkilərdə səsvermə hüququ olan 7,3 milyon vətəndaşdan 5,7 milyonu səs verib. İştirak göstəricisi 2022-ci il seçkilərinin nəticəsini 7,1% üstələyib. Ümumilikdə, seçkilərdə 36 partiyadan namizədlər iştirak edib.
Exit-poll-ların ilkin məlumatlarına görə, nə Baş nazir Binyamin Netanyahu başda olmaqla hakim koalisiya, nə də Gadi Ayzenkot başda olmaqla müxalifət bloku 120 yerlik Knesetdə çoxluq əldə edə bilmir. Müxalifət bloku 52, hakim koalisiya isə 50 mandat qazana bilər. Blokların heç biri hökumət qurmaq üçün tələb olunan 61 yerlik çoxluğa malik deyil.
Əksər sorğular Netanyahu'nun "Likud" partiyasının ən çox yer - 24-25 mandat qazanacağını, Ayzenkotun "Yaşar" partiyasının isə 21-22 mandatla ikinci olacağını göstərir. Koalisiya mübarizəsinin nəticəsini 17-18 mandat qazanan ərəb partiyaları həll edə bilər.
Çərşənbə axşamı Ayzenkot başda olmaqla müxalifət bloku exit-poll məlumatlarına görə Baş nazir Netanyahu'nun partiyasını qabaqlayıb.
Bazar ertəsi Netanyahu parlament seçkilərinə mane olmaq cəhdləri hazırlandığını bildirib.
Almaz Həsənli


.jpg)












.jpg)



















.jpg)

















.jpg)
.jpg)






.jpg)












.jpg)









