Netanyahu sağçı blokun seçkilərdə həlledici çoxluq qazandığını elan edib

Netanyahu sağçı blokun seçkilərdə həlledici çoxluq qazandığını elan edib

09:48
Bəyəndim (0) Bəyənmədim (0)

İsrail Baş naziri Benyamin Netanyahu parlament seçkilərində blokunu "sionist ictimaiyyəti və dövləti dəstəkləyənlərin hamısı arasında" həlledici çoxluq qazandığını elan etdi, lakin yekun nəticələri gözləməyə çağırdı.

Oxuməni.az xəbər verir ki, Netanyahu Qüdsdəki Likud partiyasının seçki qərargahında çıxış edərkən deyib ki, "Sağçı blokun sionist ictimaiyyəti və dövləti dəstəkləyənlərin hamısı arasında aydın, həlledici çoxluğu var".

O bildirib ki, "Bizə sağçı, milli, güclü bir hökumət lazımdır".

Netanyahu, "İsraili təhlükəyə atmağı və anti-sionist ərəb partiyalarına əsaslanan bir hökumət yaratmağı" ağlasığmaz hesab etdi, lakin o, dedi ki, "biz hələ də əsl nəticələri gözləyirik".

Netanyahu bildirib ki, onun dövründə "İran həmişəkindən daha zəifdir, İsrail həmişəkindən daha güclüdür".

"İsrail dostumuz Prezident Trampla birlikdə İran təhlükəsini birdəfəlik aradan qaldırmaq üçün ömürdə bir dəfə rast gəlinən bir fürsətlə üzləşir. Biz düşmənlərimizi məğlub etdik və bunu bir daha edəcəyik", - deyə İsrail Baş naziri bildirib.

Əziz Mustafa