Rusiya İranın müttəfiqlərinə Səudiyyə Ərəbistanının əsas neft kəmərinə zərbələr endirməkdə kömək edib
Rusiyanın kəşfiyyat peykləri İranın dəstəklədiyi silahlı qruplaşmaların Səudiyyə Ərəbistanının mühüm neft kəmərinə zərbələr endirməsindən əvvəl həmin obyekt barədə məlumatlar toplayıb. Oxuməni. az xəbər verir ki, bu barədə “Associated Press” (AP) AURORAH Geosignal Intelligence şirkətinin məlumatlarına istinadən yazır.
Təşkilat iyulun 1-dən oktyabrın 19-dək Səudiyyə Ərəbistanındakı obyektlərə qarşı həyata keçirilmiş 40 raket və pilotsuz uçuş aparatı hücumunu araşdırıb. Bu hücumları Yəmən husiləri və İraqdakı silahlı qruplaşmalar həyata keçirib. Analitiklər bütün hallarda eyni qanunauyğunluğu aşkar ediblər: Rusiya hərbi peykləri hücumlardan bir neçə gün əvvəl və sonra hədəflərin yerləşdiyi ərazilərin üzərindən keçib.
AURORAH şirkətinin təsisçisi Nəvaf Obeyd bildirib: “Aşkar etdiyimiz odur ki, peyk fəaliyyəti ilə zərbələr arasında 100 faizlik uyğunluq var”.
Xüsusilə, Rusiya kəşfiyyat peykləri sentyabrın 10-da pilotsuz uçuş aparatlarının neft kəmərinin üç nasos stansiyasına hücumundan əvvəl “Şərq–Qərb” neft kəmərinin üzərində müşahidə aparıb. Nəticədə uzunluğu 1 200 kilometr olan boru kəməri ilə neft nəqli müvəqqəti dayandırılıb.
Səudiyyə Ərəbistanı “Şərq–Qərb” kəməri vasitəsilə nefti Qırmızı dəniz sahilindəki limanlara çatdıraraq ixrac edir. Bu marşrut Hörmüz boğazından yan keçməyə imkan verir. İranın hücumları səbəbindən həmin boğazda gəmiçiliyin təhlükə altına düşdüyü bildirilir.
Rusiya peykləri, həmçinin Taif şəhərindəki Kral Fəhd aviabazasını da izləyib. Husilərin hərbi obyektə hücumu zamanı anqarda yerləşən İtaliya istehsalı olan Eurofighter Typhoon qırıcısı zədələnib. Obeyd vurğulayıb ki, zərbənin dəqiqliyi husilərin və iranlıların özlərinin malik olmadığı “yüksək keyfiyyətli kəşfiyyat məlumatlarının” mövcudluğuna işarə edir.
Husilərin nümayəndəsi AP-yə təsdiqləyib ki, Yəməndəki iranlı məsləhətçilər hədəflərin seçilməsi üçün Rusiya peyklərindən əldə edilmiş məlumatları üsyançılara ötürüblər.
Səudiyyə Ərəbistanının bir rəsmisi də nəşrə bildirib ki, Rusiyanın peyk kəşfiyyatı mart ayında İranın Kral Sultan aviabazasına endirdiyi zərbələr zamanı Tehrana kömək edib. Həmin hücum nəticəsində ABŞ-a məxsus kəşfiyyat təyyarəsi zədələnib. Rəsminin sözlərinə görə, Rusiya kəşfiyyatı, həmçinin ABŞ-ın Ər-Riyaddakı səfirlik kompleksində yerləşən Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) bölməsinə qarşı hücumda da İrana yardım göstərib.
Almaz Həsənli









.jpg)















.jpg)























.jpg)

















.jpg)
.jpg)















