Bolqarıstanda keçiirlən prezident seçkilərinin ikinci turunda  İliana Yotova qalib gəlib

Bolqarıstanda keçiirlən prezident seçkilərinin ikinci turunda İliana Yotova qalib gəlib

07:52
Bəyəndim (0) Bəyənmədim (0)

Bolqarıstanda keçiirlən prezident seçkilərinin ikinci turunda İliana Yotova qalib gəlib.

Oxuməni.az xəbər verir ki, bu barədə Bolqarıstan mətbutaında gedən məlumatlarda deyilir. Seçkilərin ikinci turunun nəticələri Bolqarıstan Milli Televiziyasında yayımlanıb.

Yotova səslərin təxminən 58%-ni, müxalifət tərəfindən dəstəklənən əsas rəqibi keçmiş baş nazir Andrey Gyurov isə təxminən 38,6%-ni toplayıb. İkinci turda qalib gəlmək üçün səslərin sadə əksəriyyətini qazanmaq kifayətdir.

Paralel sayma, seçki komissiyalarının səslərin sayılmasına əsasən doldurduğu və Mərkəzi Seçki Komissiyasına (MSK) göndərdiyi protokolların surətlərindəki məlumatlar əsasında aparılır. Protokolların bu surətləri də seçki qurumları tərəfindən alınır. MSK-dan ilk rəsmi məlumatların yaxın saatlarda verilməsi gözlənilir.

Yanvar ayında Bolqarıstan Konstitusiya Məhkəməsi Rumen Radevin dövlət başçısı vəzifəsindən istefasını nəzərdən keçirdi və təsdiqlədi. Konstitusiyaya uyğun olaraq, vitse-prezident İliana Yotova sonradan respublika prezidenti kimi təsdiqləndi.

Əziz MUSTAFA