Şotlandiyalı DJ ən kütləvi çıxışına görə Ginnesin Rekordlar Kitabına düşüb
DJ və musiqi prodüseri Kelvin Harris bir artistin DJ seti üçün ən böyük auditoriyanı topladığına görə Ginnesin Rekordlar Kitabına (GWR) düşüb. Oxuməni az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Fevral ayında onun San-Pauludakı çıxışı təxminən 1,6 milyon insanı bir araya gətirib. Şou səbəbindən şəhərin bəzi küçələri bağlanıb. İsti hava səbəbindən bəzi tamaşaçılar huşunu itirib. Harris səhnəyə üzərində adının portuqal dilindəki variantı olan "Calvinho" yazılmış Braziliya milli komandasının formasında çıxıb. O, "One Kiss" və "We Found Love" daxil olmaqla, özünün ən məşhur hitlərini ifa edib. Musiqiçi sosial şəbəkələrdə yazıb: "VAU! İndi mənim dünya rekordum var... yalnız Braziliyada!!!"
Daha əvvəl GWR Harrisin 2014-cü ildə 18 ay ərzində bir albomdan Britaniya çartının ilk onluğuna daxil olan doqquz hitinə görə onu qeyd etmişdi. O, həmçinin ilin ən çox qazanan DJ-i adlandırılmışdı: 2015-ci ilin iyunundan 2016-cı ilin iyununadək o, təxminən 51 milyon funt-sterlinq qazanıb.
Almaz Həsənli































































































