Rusiyada məktəbli müəlliməni öldürüb

Rusiyada məktəbli müəlliməni öldürüb

11:53
Bəyəndim (1) Bəyənmədim (0)


Perm diyarında məktəbli tərəfindən bıçaqla hücuma məruz qalan müəllimə xəstəxanada ölüb. Oxuməni.az xəbər verir ki, bu barədə bölgənin qubernatoru Dmitri Maxonin öz Teleqram kanalında bildirib.
"Təəssüf ki, həkimlərin bütün səylərinə baxmayaraq, Dobryankadakı 5 nömrəli məktəbin rus dili və ədəbiyyatı müəlliməsi Olesya Petrovna Baqutanı xilas etmək mümkün olmayıb", - deyə qubernator ailəsinə və həmkarlarına başsağlığı verərək yazıb.
Bu səhər yeniyetmə məktəbin pilləkənlərində direktor müavinini bıçaqlayıb. Şagird polis nəzarəti altındadır. Medianın məlumatına görə, gənc oğlanın ciddi akademik problemləri olub və müəllimə onun imtahan verməsinə mane olmağı planlaşdırırdı. Məktəb dərsləri dayandırmamaq qərarına gəlib.
Əvvəlcə zərərçəkənin vəziyyətinin ağır olduğu bildirilsə də, sonradan onun ölümü elan edilib.
Almaz Həsənli