ABŞ-İran razılaşması bəzi İran aktivləri üzərindən sanksiyalar götrülmədən baş tutmayacaq

ABŞ-İran razılaşması bəzi İran aktivləri üzərindən sanksiyalar götrülmədən baş tutmayacaq

10:00
Bəyəndim (1) Bəyənmədim (0)

Tasnim xəbər agentliyi məsələ ilə tanış olan mənbəyə istinadən bildirib ki, ABŞ ilə danışıqlar zamanı Tehran vasitəçilər vasitəsilə İranın dondurulmuş aktivlərinin müəyyən hissəsinin ilkin olaraq azad edilməsi olmadan iki ölkə arasında razılaşma əldə olunmayacağını bildirib.

Mənbənin sözlərinə görə, İran dondurulmuş aktivlərinin müəyyən hissəsinin ilkin olaraq azad edilməsi və bundan sonra bütün dondurulmuş aktivlərin azad edilməsinə zəmanət verən aydın mexanizm olmadan heç bir razılaşma əldə olunmayacağını açıq şəkildə bildirib.

Mənbə qeyd edib ki, bu məsələ Pakistan vasitəçisinin və danışıqlarda iştirak edən bir neçə regional ölkənin diqqətinə çatdırılıb.

Mənbə vurğulayıb ki, amerikalılar hazırda İranın dondurulmuş aktivlərinin azad edilməsi də daxil olmaqla, razılaşmanın müəyyən müddəalarının həyata keçirilməsinə mane olmağa davam edirlər.

Əziz MUSTAFA