Dronlar Yaroslavla hücum edib: Moskvaya gedən yol bağlanıb
Rusiyanın Yaroslavl vilayətinin hakimiyyət orqanları bölgəyə hücum edildiyini etiraf ediblər.
Rusiyanın Shot Telegram kanalına görə, yerli sakinlər Yaroslavlda təxminən 20 partlayış baş verdiyini bildiriblər.
Rusiyanın Yaroslavl vilayətində dron xəbərdarlığı verilib və Moskvaya gedən yol bağlanıb. Bu barədə Yaroslavl vilayətinin qubernatoru Mixail Evrayev məlumat verib.
"Bölgəmiz Ukrayna PUA-ları tərəfindən hücuma məruz qalıb. Təhlükəsizliyi təmin etmək üçün Yaroslavldan Moskvaya gedən yolda nəqliyyatın hərəkəti dayandırılıb", - deyə Rusiya rəsmisi yazıb.
Shot Telegram kanalı qeyd edib ki, yerli sakinlərin sözlərinə görə, Yaroslavlda təxminən 20 partlayış səsi eşidilib.
Xatırladaq ki, son iki həftə ərzində dron hücumlarından sonra Rusiyanın mərkəzi hissəsindəki bütün əsas neft emalı zavodları tamamilə bağlanmaq və ya emalı əhəmiyyətli dərəcədə azaltmaq məcburiyyətində qalıb.
Əziz Mustafa


















































































