Hollandiyada şahzadə Amaliya və Aleksiyaya qarşı sui-qəsd cəhdinin qarşısı alınıb
Hollandiya hüquq-mühafizə orqanları şahzadə Amaliya və onun bacısı şahzadə Aleksiyaya qarşı sui-qəsd planında şübhəli bilinən şəxsi saxlayıb.
Algemeen Dagblad qəzetinin prokurorluğa istinadən verdiyi məlumata görə, şübhəli 33 yaşlı Haaqa sakinidir. Müstəntiqlər sui-qəsdin fevral ayında başladığını düşünürlər. Axtarışlar zamanı saxlanılan şəxsin üzərində şahzadələrin adlarının həkk olunduğu iki balta tapılıb. İş üzrə ilk məhkəmə iclası 4 may tarixinə təyin edilib.
2022-ci ildə ciddi təhdidlər səbəbindən şahzadə Amaliya Amsterdamdakı tələbə iqamətgahından köçməyə və güclü təhlükəsizlik tədbirləri altında saraya qayıtmağa məcbur olub. Hakimiyyət orqanları bu yeni hadisəyə cavab olaraq əlavə təhlükəsizlik tədbirlərinin görülüb-görülməyəcəyini dəqiqləşdirməyib
Əziz MUSTAFA















.jpg)













































































