ABŞ Ukraynaya HAWK hava hücumundan müdafiə raket sistemi avadanlığının satışını təsdiqləyib

ABŞ Ukraynaya HAWK hava hücumundan müdafiə raket sistemi avadanlığının satışını təsdiqləyib

07:52
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ Ukraynaya HAWK hava hücumundan müdafiə raket sistemi avadanlığının potensial 108,1 milyon dollarlıq satışını və texniki xidmət xidmətlərini təsdiqləyib. Bu, ABŞ Dövlət Departamentinin veb saytında dərc edilmiş bəyanatda açıqlanıb.

Sənədə əsasən, Kiyev hakimiyyəti HAWK hava hücumundan müdafiə raket sistemləri üçün komponentlərin, ehtiyat hissələrinin alınması, onların modernləşdirilməsi və texniki xidmətinə dəstək, eləcə də təmir və geri qaytarma xidmətlərinin alınması imkanını istəyib. Müqavilənin ümumi dəyəri 108,1 milyon dollar qiymətləndirilir.

Sierra Nevada Korporasiyası baş podratçı kimi çıxış edəcək. Bəyanatda bildirilir ki, müqavilə ABŞ-ın milli maraqlarına uyğundur və regionda güc balansını dəyişdirməyəcək. Bundan əlavə, Dövlət Departamenti razılaşmanın Amerika silahlı qüvvələrinin döyüş hazırlığına mənfi təsir göstərməyəcəyini düşünür.

Əziz Mustafa