Həkimlər qarın köpündən qurtulmağın yollarını göstəriblər

Həkimlər qarın köpündən qurtulmağın yollarını göstəriblər

14:04
Bəyəndim (0) Bəyənmədim (0)


Qastroenteroloqlar Nişa Patel və Acay Verma qarın köpündən necə tez qurtulmaq barədə danışıblar. Oxuməni.az xəbər verir ki, onlar "The Guardian" qəzetinə verdikləri müsahibədə dərmanlar olmadan bağırsaqların fəaliyyətini normallaşdırmağın yolunu açıqlayıblar.
Mütəxəssislər izah ediblər ki, xoşagəlməz hisslərin tez-tez rast gəlinən səbəblərindən biri də maye qəbulu rejiminin pozulmasıdır. Vermaya görə, bu səbəbdən qida bağırsaqlarda daha uzun müddət qala bilər ki, bu da qaz əmələ gəlməsinə və qarın nahiyəsində ağırlıq hissəsinə səbəb olur. Bunu aradan qaldırmaq üçün o, menyuya daha çox tərəvəz, meyvə, paxlalılar və tam taxıllı məhsullar daxil etməyi məsləhət görüb.
Həkimlər həmçinin daha çox hərəkət etməyi və, xüsusilə axşamlar, həddindən artıq yeməməyi tövsiyə ediblər. Onlar qeyd ediblər ki, yeməkdən sonra yüngül bir gəzinti belə həzm prosesini sürətləndirməyə və narahatlığı azaltmağa kömək edə bilər. Bundan əlavə, Patel spirtli içkilərin, yağlı qidaların və ultra-emalı məhsulların miqdarını azaltmağa çağırıb.
Qastroenteroloq həmçinin qeyd edib ki, bir çoxları maye qəbulu rejiminin və stressin bağırsaqlara təsirini qiymətləndirmir. "Su nəcisi yumşaldır və qidanın normal hərəkətini dəstəkləyir," - deyə Patel vurğulayıb. O əlavə edib ki, yaxşı yuxu və narahatlığın azalması qarın köpündən daha tez qurtulmağa kömək edir.
Almaz Həsənli