İran qarşı tərəfi Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmaqla hədələyib
İran Hörmüz boğazındakı hücumlara və Fars körfəzinə "düşmən müdaxiləsinə" cavab olaraq Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxacaq. Oxuməni.az xəbər verir ki, bunu İranın “Tasnim” xəbər agentliyinin məlumatına görə, İranın Ali Liderinin hərbi müşaviri Möhsün Rzayi bildirib.
"Bu tendensiya davam edərsə, İranın strateji və ehtiyat variantlarından biri Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən mümkün çıxmaqdır ki, bu da qarşı tərəf üçün ağır nəticələrə səbəb olacaq", - Rzayi deyib.
Hərbi müşavir qeyd edib ki, müharibənin davam etdirilməsi "ABŞ iqtisadiyyatının və xalqının məhvinə" gətirib çıxaracaq. O, Amerika tərəfini Tehranın sülh təklifini qəbul etməyə çağırıb. Rzayi əlavə edib ki, "düşmənlər mövcud dialoqun İranın strateji səbrinə əsaslandığını başa düşməlidirlər".
Dünən ABŞ prezidenti Donald Tramp İranla memorandumun demək olar ki, yekunlaşdırıldığını və yekun təsdiqi gözlədiyini açıqlayıb. "The Guardian" qəzeti mənbələrə istinadən bildirib ki, yekun razılaşma hələ İran Təhlükəsizlik Şurası və Ali Rəhbər Müctəba Xamenei tərəfindən təsdiqlənməyib.
"Axios" mənbələri bildirib ki, memorandum atəşkəsin iki ay uzadılmasını, Hörmüz boğazının açılmasını və İran limanlarının blokadasının qaldırılmasını nəzərdə tutur. Bundan əlavə, İran uranı zənginləşdirməməyi və mövcud ehtiyatlarını təhvil verməyi qəbul edir.
Almaz Həsənli



































.jpg)















































