Hakan Çalhanoğlu "Qalatasaray" üçün böyük bir fədakarlıq etdi
"Qalatasaray" transfer fəaliyyətinə davam edir - yarımmüdafiəçi axtarışında olan klub yenidən Hakan Çalhanoğluna müraciət edib. Bu dəfə milli oyunçu sarı-qırmızı formanı geyinmək üçün böyük bir fədakarlıq etmək qərarına gəlib."
"Qalatasaray" azarkeşlərinin illərdir xəyal etdiyi Hakan Çalhanoğlunun transferi artıq reallığa bir addım daha yaxınlaşıb.
Serie A nəhəngi "İnter Milan"da oynayan 32 yaşlı ulduz yarımmüdafiəçi Hakan Çalhanoğlu uşaqlıqdan bəri sevdiyi sarı-qırmızı formanı geyinmək üçün böyük bir fədakarlıq etməyə hazırdır. Qalatasaray transferi iki dəfə müzakirə edilən, lakin reallaşmayan təcrübəli futbolçu bu dəfə Jim Bom ilə müqavilə imzalamaqda qərarlıdır.
Hakan "İnter"də 6,5 milyon avro məbləğində maaşını əhəmiyyətli dərəcədə azaltmağa və 5 milyon avroya endirimi qəbul etməyə hazırdır.
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk da TFF-nin 10+4 əcnəbi ilə bağlı yeni qaydasına əsasən heyətə yerli keyfiyyət əlavə etmək istəyir. Təcrübəli məşqçinin Hakan Çalhanoğluna müsbət yanaşdığı və onu yarımmüdafiədə lider kimi gördüyü bildirilir.
"Sarı və qırmızılar" "İnter" ilə bir illik müqaviləsi olan Hakanın transferi üçün danışıqlara başlamağa hazırlaşır. "Qalatasaray"ın milli ulduz üçün 10 milyon ilə 12 milyon avro arasında təklif verməyə hazır olduğu, "İnter"in isə Hakana olan gözləntilərinin isə 20 milyon avro olduğu deyilir.
Əziz Mustafa

























.jpg)


























































