Tramp Qrenlandiyanı güclə ələ keçirmək fikrindən imtina etdi
ABŞ prezidenti Donald Tramp Qrenlandiyanı güclə ələ keçirmək fikrindən imtina edib. Bu barədə ABŞ-ın Danimarkadakı səfiri Kennet Xoueri Nuukda yeni ABŞ konsulluğunun açılışı zamanı bildirib. Oxuməni.az xəbər verir ki, bu barədə Danimarka KİV-ləri “tv2.dk” və “Berlingske” yazır.
"Prezident güc tətbiqini gündəmdən çıxardı. Qrenlandiyanın gələcəyi qrenlandiyalıların özlərinin həll edəcəyi məsələdir", - Xoueri KNR radiosunun müvafiq sualına cavab verərkən çıxışında bildiandiya tamamilə lazımdır. Müdafiəmiz üçün lazımdır", - o demişdi.
Yanvar ayında Tramp “The Atlantic”-ə verdiyi telefon müsahibəsində Venesueladakı hərbi əməliyyat fonunda ABŞ-ın Qrenlandiyaya nəzarət etməsinin "vacib" olduğunu bildirmişdi. "Bizə Qrenlp dəfələrlə bildirmişdi ki, Danimarka ABŞ-ın milli müdafiəsi üçün lazım olan Qrenlandiyanın təhlükəsizliyini təmin edə bilmir. Prezident iddia etmişdi ki, ada (Danimarka krallığının tərkibində olan muxtar bölgə) Rusiya və Çin gəmiləri tərəfindən "əhatə olunub". Lakin daha sonra bu ərazini hərbi yolla ABŞ nəzarətinə götürmək niyyətində olmadığını bildirmişdi.
Tramp həmçinin demişdi ki, Qrenlandiyanın müdafiəsi iki it qoşquundan ibarətdir. O zaman o qeyd etmişdi ki, əgər ABŞ Qrenlandiyanı "almasa", bunu Rusiya və ya Çin edəcək və "bu baş verməyəcək" deyə vəd etmişdi. Daha sonra Ağ Evin rəhbəri Qrenlandiya və Venesuelanın ABŞ-a birləşməsi barədə zarafat etmişdi.
"Biz Qrenlandiyaya hücum etməyəcəyik. Biz onu alacağıq. Mənim heç vaxt Qrenlandiyanı 51-ci ştat etmək niyyətim olmayıb. Mən Kanadanı 51-ci ştat etmək istəyirəm. Qrenlandiya 52-ci ştat olacaq. Venesuela 53-cü ola bilər", - o demişdi.
Mart ayında Danimarka nəşri “DR” 12 mənbəyə istinadən xəbər vermişdi ki, yanvar ayında Qrenlandiyaya gələn Danimarka hərbçiləri ABŞ tərəfindən mümkün hücuma hazırlaşdıqları üçün özləri ilə partlayıcı maddələr gətiriblər.
Almaz Həsənli


















































































