Serbiya Prezidenti erkən parlament seçkilərinin keçiriləcəyini elan edib
Serbiya Prezidenti Aleksandr Vuçiç dövlət televiziyasında verdiyi şərhdə erkən parlament seçkiləri keçirmək planlarını açıqladı. Bloomberg-in məlumatına görə, onlar bu ilin əvvəlində - sentyabrın sonundan noyabrın ortalarına qədər baş tuta bilər.
"Seçkilər sentyabr-noyabr ayları arasında, yəni sentyabrın sonundan noyabrın ortalarına qədər keçiriləcək", - deyə ölkə lideri bildirib.
Media orqanları qeyd edib ki, 250 yerlik parlamentə seçkilər Serbiyada 10 ildə beşinci və vaxtından əvvəl keçirilən dördüncü seçki ola bilər.
Vuçiçin partiyası 2012-ci ildən bəri seçkilərdə dominantlıq edir.
Xatırladaq ki, Ukrayna və Serbiya prezidentləri mayın 20-də telefon danışığı aparıblar. Söhbətdən sonra Vladimir Zelenski bildirib ki, o və Aleksandr Vuçiç münasibətlərin inkişaf etdirilməsi üçün potensial görürlər.
Əziz Mustafa


















































































