Tibb tarixində bir ilk: Göz transplantasiyası həyata keçirildi

Tibb tarixində bir ilk: Göz transplantasiyası həyata keçirildi

11 Noyabr 2023 10:01
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Nyu-York Universitetində iş qəzası zamanı sol gözünü itirən şəxsə dünyada ilk dəfə tam göz transplantasiyası əməliyyatı aparılıb. Təxminən 21 saat davam edən əməliyyatda 140-dan çox tibb işçisi iştirak edib.

Nyu York Universitetinin saytında verilən açıqlamaya görə, Langone Sağlamlıq Mərkəzində mayın 27-də həyata keçirilən, lakin dünən mətbuata açıqlanan təxminən 21 saatlıq əməliyyatda 140-dan çox tibb işçisi iştirak edib.

İş yerində qəza nəticəsində 7200 volt elektrik cərəyanı vuran 46 yaşlı Aaron Ceymsə edilən cərrahi əməliyyatda göz transplantasiyası ilə yanaşı, gözün sinir regenerasiyasını gücləndirmək məqsədilə, donorun iliyindən alınan yetkin kök hüceyrələr də ilk dəfə yeridilib.

Sol üz transplantasiyasından sonra Ceyms tam göz transplantasiyası alan ilk xəstə kimi tarixə düşüb.

Nəql edilən gözün yenidən görmə qabiliyyətinin olub-olmayacağı hələlik bəlli olmasa da, tor qişada qan axınının olduğu artıq müəyyən edilib.

Əməliyyatı həyata keçirənlərdən biri olan Üz Nəqli Proqramları meneceri Eduardo D. Rodriguez, Jamesin görmə qabiliyyətini bərpa etmə ehtimalının az olsa da, estetik baxımdan belə transplantasiyanın əhəmiyyətli bir uğur olduğunu ifadə edib.

Tədqiqatı aparan professorlardan Samer Al-Homsi izahda bu prosedurda zədələnmiş hüceyrələri əvəz etmək üçün "CD34 müsbət" kök hüceyrələrinə üstünlük verildiyini söyləyib.

Oxuməni.az