Qazaxıstanda qızılca epidemiyası tuğyan edir: 29 uşaq reanimasiyadadır

Qazaxıstanda qızılca epidemiyası tuğyan edir: 29 uşaq reanimasiyadadır

16 Noyabr 2023 12:45
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstanda hər gün 400-ə yaxın qızılca xəstəliyinə tutulmuş uşaq xəstəxanalara yerləşdirilir. Ümumilikdə ölkədə qızılcaya yoluxma hallarının 83%-dən çoxu uşaqlar arasındadır.

“2023-cü ilin əvvəlindən respublika üzrə 14111 qızılcaya yoluxma halı qeydə alınıb ki, bunun da 83%-dən çoxu 14 yaşa qədər uşaqlarda baş verir. Noyabrın 10-na olan məlumata görə, respublika üzrə 2079 uşaq stasionar müalicədədir, 29 uşaq reanimasiya şöbəsindədir. Hər gün 300-dən çox uşaq evə buraxılır, 400-ə yaxın uşaq müalicəyə cəlb edilir”, - deyə Sanitariya-Epidemioloji Nəzarət Komitəsinin cavabında deyilir.

Qızılca xəstəliyinin qeydə alınması bütün ölkə üzrə müşahidə edilir, lakin dörd regionda yüksək xəstələnmə göstəricisi var: Çimkənddə - 2449, Almatıda - 2284, Cambil vilayətində - 1866, Almatı vilayətində - 1272.

Qazaxıstanda qızılcaya qarşı əlavə immunizasiya işləri aparılır. Eyni zamanda əlavə kütləvi immunizasiya üçün regional səhiyyə idarələrinin yerli büdcəsinə qənaət hesabına 500 min doza peyvənd alınmış, daha 1 milyon doza KKP peyvəndi dövlət ehtiyat fondundan vahid distribütor SK-Pharmacia tərəfindən alınmışdır.

Oxuməni.az