Bir həftə ərzində təxminən 6,4 min COVID-19 xəstəsi xəstəxanalara yerləşdirilib

Bir həftə ərzində təxminən 6,4 min COVID-19 xəstəsi xəstəxanalara yerləşdirilib

21 Noyabr 2023 13:57
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən həftə, noyabrın 13-dən 19-dək Rusiyada COVID-19-a yoluxmuş təxminən 6,4 min insan xəstəxanalara yerləşdirilib. Bu barədə jurnalistlərə yeni koronavirus infeksiyası ilə mübarizə üzrə federal operativ qərargahdan məlumat verilib.

“Həftə ərzində xəstəxanaya yerləşdirilənlərin sayı 6 min 398 nəfər olub və əvvəlki həftə ilə müqayisədə 16,9% artıb. Rusiya Federasiyasının 55 subyektində, o cümlədən 20 regionda xəstəxanaya yerləşdirilmələrin sayında artım , Rusiya üzrə orta göstəricidən çox olub”, - deyə hesabatda bildirilir.

“Son bir həftədə əhalinin hər 100 min nəfərinə yeni koronavirus infeksiyasına yoluxma nisbəti 41 olub və əvvəlki həftə ilə müqayisədə 38,4% artıb. Rusiya Federasiyasının 82 subyektində, o cümlədən 26 regionda, ölkə üzrə orta göstəricidən çox xəstələnmənin artması qeyd edilib . Qərargahdan , bir həftədə 93 nəfərin öldüyü bildirilib.

Oxuməni.az