Diabetin dərmanı tapıldı

Diabetin dərmanı tapıldı

30 Noyabr 2023 14:50
Bəyəndim (0) Bəyənmədim (0)

«Lancet Diabetes and Endocrinology» jurnalında dərc edilən araşdırmada, yerimə sürətinin saatda 1 km artmasının şəkər xəstəliyinə tutulma riskini 9% azaltdığı qeyd olunub. Tədqiqatçılar bu perspektivli araşdırmanın çox vacib olduğunu vurğulayıblar. Sürəti saatda 3 km-dən yüksək olan insanların gələcəkdə diabetə tutulma ehtimalı daha azdır. «Lancet Diabetes and Endocrinology» jurnalında qeyd edilən araşdırma, yerimə sürətinin saatda hər 1 kilometr artmasının 9% daha az risklə əlaqəli olduğunu göstərib. Saatda 6 mildən (6 km/saat) sürətlə addımlayanlar riskini 39% azaldıb. «London İmperial Kolleci» də daxil olmaqla tədqiqatçılar 11 ilə qədər davam edən 10 prosesi araşdırıblar. Böyük Britaniyanın Diabet üzrə Məsləhətçisi Neil Gibson verdiyi açıqlamada diabetin idarə edilməsinin nə qədər vacib olduğunu vurğulayıb. Gibson, "Daha sürətli yerimək kimi fəaliyyətin intensivliyinin artırılması ümumi sağlamlıq üçün daha böyük faydalar təmin edir. Sürətlənmənin 2-ci tip diabetin inkişaf riskini azaltmaqda yeriməyin təsirini artırıb-artırmadığını və nə dərəcədə artırdığını təsdiqləmək üçün əlavə tədqiqatların aparılması vacibdir" deyə bildirib. Diabetin qarşısını almaq üçün tez-tez daha sürətli bir tempə keçmək tövsiyə edilsə də, insanların idarə edə bildikləri və onlara uyğun olan sürətlə yerimələri daha vacibdir.

Oxuməni.az